BAKI, 19 may. TELEQRAF
“Pakistan və Hindistan arasında atəşkəs qorunur”.
Teleqraf xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-leytenant Əhməd Şərif Çaudri deyib.
Həmçinin general xəbərdarlıq edib ki, iki ölkə arasındakı mübahisə (Kəşmir məsələsi) dialoq yolu ilə həll edilmədikcə, münaqişə ocağı olaraq qalacaq.
“Pakistan ordusuna gəlincə, atəşkəs bizim baxımdan qorunacaq və hər iki tərəf arasında ünsiyyətdə etimad gücləndirici tədbirlər görülür. Hər hansı bir pozuntu baş verərsə, verəcəyimiz cavab bəllidir. Cavab tədbirləri yalnız atəşkəs rejiminin pozulduğu postlar və mövqelərə yönəlir. Biz heç vaxt mülki insanları və mülki infrastrukturu hədəf almırıq”.
Xatırladaq ki, bundan əvvəl Pakistan və Hindistan mediasında iki ölkə arasında atəşkəs razılaşmasının mayın 18-də başa çatması barədə iddia yayılmışdı.