BAKI, 17 may. TELEQRAF
Cənubi Koreyanın vəzifədən uzaqlaşdırılmış keçmiş Prezidenti Yun Suk Yeol mühafizəkar Xalq Gücü Partiyasından ayrılıb.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, o, bu addımı partiyanın prezidentliyə namizədi Kim Mun-Sunun Liberal Demokrat Partiyasının namizədi Li Ce-Myunqdan xeyli geri qaldığı bir vaxtda atıb.
Qeyd edək ki, 3 iyun tarixində keçiriləcək seçkilər öncəsi aparılmış sorğulara əsasən, respondentlərin 29%-i Kim Mun-Suya, 51%-i isə Li Ce-Myunqa səs verəcəyini bildirib.