BAKI, 15 may. TELEQRAF
“Pakistan Silahlı Qüvvələri Hindistandan 1971-ci il müharibəsinin qisasını aldı”.
Teleqraf xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif deyib.
Baş nazir cəbhə bölgəsinə səfəri zamanı Pakistan Silahlı Qüvvələrinin Hindistanın zərbələrinə sarsıdıcı cavab verdiyini bildirib.
Şahbaz Şərif qeyd edib ki, Pakistan Hindistanın 26 hərbi obyektinə, o cümlədən aviabazalarına reaktiv və raket zərbələri endirib.
Baş nazir Pakistanın mayın 6-7-də Hindistanın hücumuna verdiyi cavabın qonşu ölkəyə böyük itkilər verdiyini və Pakistan Hərbi Hava Qüvvələrinin Hindistanın bir neçə “Rafale” qırıcısını vurduğunu söyləyib.
Pakistanın 26 hərbi obyektə endirdiyi zərbələrə istinad edən Şərif əlavə edib ki, Pakistan 1971-ci il müharibəsinin qisasını alıb.
“Siz 1971-ci il müharibəsinin qisasını aldınız, indi bütün xalq sizinlədir”.