BAKI, 13 may. TELEQRAF

“Hindistan Baş naziri Narendra Modi beynəlxalq səviyyəli terrorçudur”.

Teleqraf xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.

Nazir ABŞ, Kanada və Pakistanda Hindistanın terrorizmi dəstəklədiyinə dair sübutların olduğunu bildirib.

“Hindistan terrorizmlə məşğuldursa, bu, ortaya çıxacaq və çıxmalıdır. Bütün bu sübutlar ortaya çıxarılmalıdır ki, beynəlxalq ictimaiyyət Modinin beynəlxalq terrorçu olduğunu bilsin”, - Xavaca Asif vurğulayıb.

Müdafiə naziri Pakistanda terrorizm üçün müxtəlif qanunsuz təşkilatların Hindistan tərəfindən maliyyələşdirildiyini iddia edib.

“Bizim sübutlarımız var”, - Asif əlavə edib.