BAKI, 13 may. TELEQRAF

Pakistan və Hindistan arasında keçiriləcək danışıqlarda su problemi həll olunmasa, atəşkəsin pozulması təhlükəsi yarana bilər.

Teleqraf xəbər verir ki, bunu Pakistan xarici işlər naziri İshaq Dar deyib.

“Su probleminin həll edilməməsi müharibə aktına bərabər olacaq”, - nazir bildirib.

İshaq Dar Kəşmiri regional qeyri-sabitliyin əsas səbəbi olaraq göstərib və bölgənin gələcək öz müqəddəratını təyin etməsinə çağırıb.