BAKI, 9 may. TELEQRAF

Pakistan və Hindistan arasında artan gərginlik fonunda rəsmi İslamabad beynəlxalq ictimaiyyətə müraciət edib.

Teleqraf xəbər verir ki, hökumət iki ölkə arasında münaqişənin genişlənməsinin qarşısını almağa çağırıb.

“Müharibə qızışdıqca və bazarlar çökdükcə, biz beynəlxalq tərəfdaşlara eskalasiyanın aradan qaldırılmasına kömək etməyə çağırırıq”, - Pakistan hökumətinin bəyanatında deyilir.

Öz növbəsində, Pakistanın informasiya naziri Ataullah Tara deyib: “Hindistan mediasının Pakistanın transsərhəd zərbələri ilə bağlı irəli sürdüyü yalan və aldadıcı iddialarını qəti şəkildə rədd edirik”.

O vurğulayıb ki, Pakistan Kəşmir daxilindəki əraziləri hədəf alan və ya beynəlxalq sərhədləri keçən heç bir hücum hərəkəti həyata keçirməyib.