BAKI, 8 may. TELEQRAF

Gecə saatlarında Hindistan və Pakistan arasında Kəşmir bölgəsində iki ölkəni ayıran demarkasiya xətti boyunca artilleriya və pulemyotlarla atışma olub.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında Pakistanın şərqindəki Lahor şəhərində partlayış səsi eşidilib. Pakistan bundan sonra Lahordakı dəniz bazası yaxınlığında Hindistan pilotsuz təyyarəsini (PUA) vurduğunu açıqlayıb.

Dünən iki ölkə arasında şiddətli toqquşma baş verib, nəticədə Pakistan tərəfdən 31, Hindistan tərəfdən 12 nəfər həlak olub. Bu, iki nüvə dövləti arasında son 20 ildə ən ciddi hərbi qarşıdurma olub.