BAKI, 25 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və bütün beynəlxalq ictimaiyyətin diqqəti Hindistan və Pakistan arasında münaqişənin həllinə kömək edəcək.
Teleqraf xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.
“Bu (Kəşmir), iki nüvə dövlətinin bir-birinə zərbə endirməyə hazır olduğu gərginlik ocaqlarından biridir. Düşünürəm ki, bütün dünyanın diqqəti bu vəziyyətə yönəlməlidir. Əgər ABŞ işə qarışıb bu vəziyyətə hansısa yolla həll edə bilsə, yaxşı olardı”, - müdafiə naziri bildirib.
Asif həmçinin qeyd edib ki, Pakistan Hindistanın atdığı istənilən addımlara cavab verməyə hazırdır.
İki nüvə dövləti arasında qarşıdurmadan dünyanın narahat olub-olmaması ilə bağlı suala Pakistan müdafiə naziri belə cavab verib, “İki nüvə dövləti arasında toqquşma həmişə narahatlıq doğurur”.