Bu gün Muzey Mərkəzində bir qrup mədəniyyət işçisinin təltif olunması mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fəxri adlara layiq görülən mədəniyyət xadimlərinə mükafatları təqdim edib.
İlham Əliyevin mədəniyyət işçilərini daim diqqət və qayğı göstərdiyini bildirən nazir hər il təqdim olunan fəxri adlar, orden və medalların bunun bariz nümunəsi olduğunu deyib. Onun sözlərin görə, sənət adamlarının əməyinə verilən bu qiymət yaradıcılıq prosesinə müsbət təsir göstərir: “Mədəniyyət sahəsində çalışan insanlar ölkəmizin simasıdır. Ona görə də onların fəaliyyəti hər zaman yüksək qiymətləndirilir. Bu mükafatlar onların yaradıcılıq baxımından böyük stimul verir”.
Daha sonra ölkə başçısının müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə orden və medallar təqdim olunub.
Qeyd edək ki, əməkdar artist fəxri adına layiq görülənlər arasında Bəhram Bağırzadə, Cabir İmanov, Əzizağa Əzizov, Elnarə Abdullayeva, Bəyimxanım Vəliyeva, İlkin Əhmədov kimi tanınmışlar var.
Əməkdar artist fəxri adına layiq görülənlər arasında Bəhram Bağırzadə, Cabir İmanov, Əzizağa Əzizov, Elnarə Abdullayeva, Bəyimxanım Vəliyeva, İlkin Əhmədov kimi tanınmışların adı var. Xalq artisti Afaq Bəşirqızı isə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Nərmin