
3 gündə 5 tamaşa nümayiş olunub
Bakıda möhkəm soyuqların düşdüyü qarlı-şaxtalı günlərdə - 20, 21, 22 fevral tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrında 5 tamaşa nümayiş olunub.
Teatrdan mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, “Qısqanc ürəklər”, “Kimdir müqəssir”, “www.ferzeli-kef.com”, “Qırmızı papaq” və “Mən dəyərəm min cavana” adlı tamaşaların nümayişi Bakı üçün çox soyuq günlərə təsadüf etsə də, teatrda əsl bayram əhval-ruhiyyəsi olub. Teatrın direktor müavini Hüseyn Hüseynovun sözlərinə görə, tamaşaçı fəallığı həmişəkindən cüzi fərqlənsə də, bu, aktyorları ruhdan salmayıb: “Soyuq hava şəraitinə baxmayaraq tamaşaçıların göstərdiyi bu isti münasibət, qarlı-çovğunlu havada tamaşa izləmək istəkləri aktyorlarda da yüksək əhval-ruhiyyəyə səbəb olub”.
Nərmin