
"BAFTA" (“The British Academy of Film and Television Arts”) —Britaniya Film və Televiziya Sənətləri Akademiyası tərəfindən hər il ənənəvi olaraq keçirilən mükafatlandırma mərasimi bu dəfə Londonun “The Royal Opera House” incəsənət evində baş tutub.
Bu il 68-ci dəfə keçirilən mərasimdə 2014-cu il ərzində Britaniya kinozallarında vizyona girən tammetrajlı və sənədli filmlərdən ibarət müxtəlif nominasiyalarda mükafat qazananların siyahısı açıqlanıb.ABŞ istehsalı olan “Boyhood” (“Uşaqlıq”) filmi iştirak etdiyi beş nominasiyanın üçündə qalib olub və “Ən yaxşı film” mükafatına layiq görülüb. Böyük Britaniya istehsalı olan “The Theory of Everything” (“Hər şeyin nəzəriyyəsi”) filmi “Ən yaxşı Britaniya filmi” mükafatına layiq görülüb.
İştirak etdiyi nominasiyalarda ən çox mükafat alan isə “The Grand Budapest Hotel” (“Böyük Budapeşt Hoteli”) filmi olub. ABŞ və Almaniyanın müştərək istehsalı olan “Ctizenfour” filmi “Ən yaxşı sənədli film” mükafatını qazanıb. Britaniyalı Eddie Redmayne və amerikalı Julianne More ən yaxşı aktyor və aktrisa mükaftalarına layiq görülüblər. Daha bir çox film və sənətkarlar müxtəlif nominasiyalarda qalib elan ediliblər. Mükafatlandırma mərasimi BBC telekanalı vasitəsilə canlı yayınlanıb.