Böyük Britaniyanda “Bozun 50 çaları” filmi üçün Filmləri Təsnifatlandırma Şurası tərəfindən “18+” bildirişi təyin edilib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, qərar filmdəki seks səhnələrinə görə verilsə də, bu səhnələrin heç biri kəsilməyib. ABŞ-da isə 17 yaşınadək olan uşaqlar filmə böyüklərlə birgə baxmalıdır.

Qeyd edək ki, film yazıçısı E.L.Ceymsin eyin adlı romanı əsasında çəkilib. Filmin dünya premyerası fevralın 11-də Berlin festivalında baş tutacaq.

Rüstəm