Şair Rahil Tahirlinin "Aynadakı adam" adlı şeirlər kitabı işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, "Mücrü" nəşriyyatında çapdan çıxan kitabda müəllifin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər yer alır.

Kitab "Bir də məndən bax özünə", "Qərib bir adam" və "Gəlib sahilinə çatdığım dəniz" adlı üç sərlövhədə toplanılmış şeirlərdən ibarətdir.

Rahil Tahirlinin ədəbi yaradıcılığının mərkəzində insan, insanın duyğu və düşüncələri, kədəri, hüznü, tənhalığı, səssizliyi, ruh aləmi dayanır.

Rahil Tahirli 1984-cü ildə Naxçıvanda doğulub. "Aynadakı adam" müəllifin oxucularla üçüncü görüşüdür. Bundan əvvəl şairin "Sonradan sonra" və "Ayrılaq, sevgi yaşasın" adlı kitabları çap olunub.