Bakıda Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günləri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri sərgisinin açılış mərasimi keçirilib.
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Tacikistan arasında mədəni əlaqərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: "Uzun zamandır gözlədiyimiz Tacikistan Mədəniyyəti Günləri ölkəmizdə qeyd edilir. Həmkarlarımız, dost-qardaş Tacikistan xalqının zəngin-mədəni irsini təqdim etmək üçün proqram tərtib ediblər. Bu gün Tacikistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi baş tutdu. Bakıda və Gəncədə mayın 23-dək Tacikistan Mədəniyyəti Günlərinin təqdimatı baş tutacaq. Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen başda olmaqla, bu gözəl ölkədən gələn qonaqları səmimiyyətlə salamlayıram və ölkəmizə xoş gəlmisiniz deyirəm. Bu tədbirlər münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək". Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen də Tacikistan Mədəniyyəti Günlərinin ölkəmizdə qeyd edilməsini yüksək dəyərləndirib. Mədəniyyət naziri "Son illərdə Tacikistan və Azərbaycan mədəniyyət sahəsində əlaqələri daha da inkişaf edir",-deyə qeyd edib.