Məşhur müğənni Ajda Pekkan Kuruçeşme Açıq Hava Konsertləri çərçivəsində izləyiciləri ilə görüşüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni səhnədə həm sevilən mahnılarını oxuyub, həm də pərəstişkarları ilə səmimi söhbət edib.

“Sizinlə hər görüşərkən həyəcan keçirirəm. Deyəcəyim sözlər sizə klişe kimi görünə bilər. Amma həqiqətən səhərdən axşama kimi özümə, öz normal halıma çevrilməyi gözləyirəm.

Evdə normal insan kimiyəm, küftə də bişirirəm. Yəni normal insan kimi yaşamağı çox sevirəm. Şöhrətim, ulduz olmağın səhnədədir. Evdə normal insanam, belə olmaq çox gözəldir. Çünki şöhrətlə normal insan olmağı ayıra bilməyəndə şizofrenik durum yaranır. Əlbəttə, insan bunu zamanla öyrənir”- deyə müğənni qeyd edib.