Görkəmli Azərbaycan filosofu, mütləqə inam dünyabaxışının yaradıcısı Asif Atanın ölümünün 25 ilində davamçıları Ağstafada onun məzarını ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, Asif Ata ocağının evladları, eləcə də, ocaqsevərlər mərhum filosofun ideyası, düşüncə yönü ilə bağlı fikirlərini bildirib, ürək sözlərini çatdırıblar.
Ağstafa rayon kitab evinə Asif Atanın, Soylu Atalının son çap olunmuş kitablarından bağışlanıb. Törəndən sonra ocaqçıların rayon ziyalıları ilə görüşü olub.
Ziyarət və görüşlərdəki çıxışlar zamanı Asif Atanın bütün əsərlərinin çap olunduğu, irsinin arxivlərə verildiyi vurğulanıb.
Bildirilib ki, Asif Atanın vəfatından sonra 29 adda kitabı nəşr olunub.
