Dünyaca məşhur amerikalı müğənni Ledi Qaqa Braziliyadakı konsertini təxirə salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ifaçı Tvitter hesabında məlumat verib:

“Məni xəstəxanaya apardılar. Budumda kəskin ağrılar var. İndi həkim nəzarətindəyəm”.

Qeyd edək ki, Ledi Qaqa sentyabrın 15-i Rio-de-Janeyroda konsert verməli idi.