BAKI, 7 iyul. TELEQRAF

Ermənistanda məhkəmə "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Biznesmen siyasətçiyə qarşı dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Tsarukyan 21 milyon dollar məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Tsarukyan özünü təqsirli bilmir.