"Muxtar Maniyevin vəfatı incəsənətimiz üçün çox böyük itkidir".
Bu sözləri "Azərbaycanfilm"in direktoru Müşfiq Hətəmov Teleqraf.com-a açıqlamasında deyib. O, mərhum haqqında belə danışıb: "Bu gün biz Muxtar Maniyevi itirdik. O, ən çox filmə çəkilən sənətkarlardan idi. Son illər şəkərdən əziyyət çəkirdi. Bir dəfə ziyarətə gedəndə ailəsinin onun üçün nə qədər əziyyət çəkdiyini gördük. Mən deyərdim onun oynadığı "Ölsəm bağışla" filmi Muxtar müəllimin həyat yoldaşına həsr olunub. Çünki onun yaşaması üçün həyat yoldaşı Nəcibə xanım və ailəsi çox əziyyət çəkdi. Amma əfsuslar olsun ki, bu gün onunla vidalaşarıq. Muxtar müəllim həmişə qəlbimizdə yaşayacaq".
***
"Atamın çox arzuları vardı. İstəyirdi sağalsın, yenidən filmlərə çəkilsin".
Bu sözləri Muxtar Maniyevin oğlu Tural Maniyev deyib. O bildirib ki, atası dövlətin qayğısından həmişə razı olub: "Bu gün səhər saatlarında gözlərini yumdu. Həyatının son illərində şəkərli diabetdən əziyyət çəkirdi. Bu, onu çox narahat edirdi".
Nərmin