BAKI, 29 iyun. TELEQRAF

İran nüvə silahına sahib olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında bildirib.

Dövlət başçısı hazırkı ictimai rəy sorğularındakı nəticələrinin 2024-cü il noyabrın 5-də keçirilən seçki günündəkindən daha yüksək olduğunu qeyd edib:

"İndiyədək ən yüksək sorğu nəticələrim. Hətta 5 noyabr seçki günündəkindən də yüksək. Və bu, İranın nüvə silahına sahib olmayacağı faktına rəğmən baş verir".