BAKI, 9 mart. TELEQRAF

Minlərlə amerikalı ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Barronun İranda hərbi xidmət etmək üçün orduya çağırılmasını tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

“Sosial mediada dəstəklə yanaşı, ABŞ Prezidentinin hərəkətləri və İrana quru qoşunları göndərmək planları ilə bağlı qəzəb də artır”, - nəşr yazıb.

Minlərlə insan #SendBarron həştəqi ilə Barronun orduya çağırılmasını tələb edir.

“Amerika Birləşmiş Ştatları yalnız Donald Tramp kimi liderlər onu müdafiə etməyə hazır olduqları müddətdə güclüdür. Buna görə də, oğlu atasının yolunu izləməli və şəxsən İrana getməlidir”, - mənbə kinayəli şəkildə qeyd edib.