BAKI, 28 fevral. TELEQRAF

ABŞ-nin sabiq Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə digər dünya liderlərindən daha çox görüşdüyünü iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Ukraynada çox vaxt keçirmişəm. Putinlə digər dünya liderlərindən daha çox görüşmüşəm”, - o bildirib.

Xatırladaq ki, Co Bayden ABŞ Prezidenti olarkən Vladimir Putinlə cəmi bir dəfə görüşüb. Görüş 2021-ci il iyunun 16-da Cenevrədə baş tutub.

Rusiyanın “Komsomolskaya Pravda” nəşri də ABŞ-nin sabiq prezidentinin açıqlamasını “qəribə” adlandırıb.

“Co Baydenin əqli qabiliyyətlərinin uzun müddətdir müzakirə mövzusu olduğunu nəzərə alsaq, verdiyi bəyanatın doğruluğu sual altındadır. Məsələn, Cənubi Karolinada çıxışı zamanı pilləkənlə müstəqil şəkildə enə bilməyib, köməkçisinin dəstəyinə ehtiyac duyub. Hadisə xoşagəlməz nəticələrə səbəb olmayıb, amma bu epizod yenidən onun səhhəti ilə bağlı müzakirələrə yol açıb”.