BAKI, 18 fevral. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan fevralın 19-da ABŞ-də keçirilməsi planlaşdırılan Sülh Şurasının ilk iclasında Ankaranı təmsil edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, xarici işlər naziri fevralın 19-da Prezident Rəcəb Tayyib Ərdoğanın adından Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək.