BAKI, 10 dekabr. TELEQRAF
“Türkiyə ABŞ-nin F-35 hərbi təyyarə proqramına qayıtmaq istəyirsə, Rusiyadan aldığı S-400 raket sistemlərindən imtina etməlidir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak deyib.
“Birləşmiş Ştatlar Türkiyənin F-35 proqramına yenidən qoşulmaq istəyi və Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı davamlı danışıqlar aparır. ABŞ qanunvericiliyinə əsasən, Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400 sistemindən imtina etməli və onu istismar etməməlidir. Prezident Tramp və Prezident Ərdoğan arasındakı pozitiv münasibətlər əməkdaşlıq üçün yeni bir mühit yaradıb, bu, son on il ərzində bu mövzuda apardığımız ən məhsuldar müzakirələrə səbəb olub. Ümid edirik ki, danışıqlar qarşıdakı aylarda həm ABŞ, həm də Türkiyənin təhlükəsizlik tələblərinə cavab verən bir irəliləyişlə nəticələnəcək”, - diplomat bildirib.