BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə münasibətlərini şərh edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində deyib.

Onun üçün bu iki liderdən hansı ilə işləməyin daha çətin olduğuna dair suala Tramp belə cavab verib:

“Hər ikisi sərt, ağıllı və çox güclü liderlərdir. Bu insanlarla zarafat etmək olmaz. Onlara çox ciddi yanaşmaq lazımdır”.

Bundan əlavə, Putinə Alyaskada qırmızı xalça sərmək barədə sualı cavablandırarkən ABŞ Prezidenti qeyd edib ki, o, hər kəs üçün qırmızı xalça sərir.