BAKI, 14 oktyabr. TELEQRAF

ABŞ-nin keçmiş prezidenti Co Bayden Qəzza zolağında atəşkəsə görə xələfi Donald Trampa təşəkkür edib.

Teleqraf xəbər verir ki, o, Yaxın Şərqdə dinc gələcəyə ümid etdiyini bildirib.

“İndi Birləşmiş Ştatlar və dünyanın dəstəyi ilə Yaxın Şərq həm israillilər, həm də fələstinlilər üçün sülhə, ləyaqətli və təhlükəsiz gələcəyə doğru gedir. Prezident Tramp və onun komandasına işlərinə görə təşəkkür edirəm”, - Bayden X səhifəsində yazıb.

Sabiq prezident həmçinin administrasiyasının müharibəni dayandırmaq, israilli girovları geri qaytarmaq və Fələstin mülki vətəndaşlarına yardım göstərmək səylərini qeyd edib. Co Bayden vurğulayıb ki, razılaşmaya gedən yol asan olmayıb.

Bayden atəşkəs ağılasığmaz cəhənnəmdən keçən israillilər və saysız-hesabsız itkilər verən Qəzzanın mülki əhalisinin evlərinə qayıtması xəbərlərinin onu rahatlaşdırdığını qeyd edib.