BAKI, 10 oktyabr. TELEQRAF
“Nobel Komitəsi açıq şəkildə nümayiş etdirdi ki, siyasət onun üçün sülhdən daha vacibdir”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi Stiven Çunun Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya sülh üzrə Nobel mükafatı verilməsindən sonra dərc olunmuş bəyanatında deyilir.
“ABŞ Prezidenti Donald Tramp bütün dünyada sülh sazişləri bağlamağa, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək. Nobel Komitəsi sübut etdi ki, siyasət onlar üçün sülhdən daha vacibdir”, - Çun bildirib.
Qeyd edək ki, Donald Tramp bu il sülh üzrə Nobel mükafatına iddialı idi. Amerika lideri dəfələrlə bu il 7 müharibəyə son qoyduğunu bəyan edərək, Nobelə layiq olduğuna eyham vurmuşdu. Amma Nobel Komitəsi yekunda mükafata onu yox, Mariya Korina Maçadonu layiq görüb.