BAKI, 26 sentyabr. TELEQRAF
ABŞ Pezidenti Donald Tramp Vaşinqtonda törədilmiş ağır cinayətlərə görə ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb.
Teleqraf xəbər verir ki, Tramp bu cəzanın Vaşinqtonun paytaxt statusuna uyğun olduğunu bildirib.
“Biz oyun oynamırıq”, - prezident qeyd edib.
O, son dörd həftə ərzində Milli Qvardiya hərbçilərinin Vaşinqtona yeridilməsindən sonra şəhərdə qətllərin qeydə alınmadığını deyib.
“Vaşinqtonda qətl törədənlər ölüm hökmünə məhkum ediləcəklər”, - Tramp deyib və fərmanın "dərhal qüvvəyə mindiyini" vurğulayıb.
Öz növbəsində, ədliyyə naziri - baş prokuror Pem Bondi ABŞ administrasiyasının bütün ölkə boyunca ölüm cəzasının tətbiqinə çalışacağını bəyan edib.