BAKI, 5 sentyabr. TELEQRAF

“ABŞ Rusiya və Hindistanı itirdi”.

Teleqraf xəbər verir ki, bunu sosial media hesabında ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.

Tramp Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və Hindistan Baş naziri Narendra Modinin birlikdə fotosunu paylaşaraq, ABŞ-nin Moskva və Dehlini itirdiyini bildirib.

ABŞ lideri Rusiya, Hindistan və Çinə birlikdə “uzun və xoşbəxt gələcək” arzulayıb.

“Deyəsən, Hindistan və Rusiyanı itirdik, qaranlıq və dərin Çin onları qapdı”, - Tramp qeyd edib.