BAKI, 14 avqust. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Tramp keçmiş prezident Co Baydenin oğlu Hunter Baydenə qarşı 1 milyard dollardan çox təzminat davası açmaqla hədələyir.
Teleqraf BBC-yə istinadla xəbər verir ki, buna səbəb Baydenin Melaniyanın əri, Prezident Donald Trampla seksual cinayətkar Cefri Epşteyn vasitəsilə tanış olması barədə açıqlamasıdır.
Melaniya Trampın vəkilləri bu iddianı “yalan və böhtan” adlandırıblar. Məktubda Bunter Baydenin açıqlamalarını açıq şəkildə təkzib etməsi və üzr istəməsi, əks halda məhkəmə və 1 milyard dollardan çox təzminat tələbi ilə bağlı iddia qaldırılması tələb olunur.
Hanter Bayden rejissor Endryu Kallahanla müsahibə zamanı Epşteynin Donald Trampla keçmiş əlaqələrinə toxunaraq belə bir bəyanatla çıxış edib. O, Trampla əlaqəli ola biləcək dərc edilməmiş sənədlərin olduğunu iddia edib. Buna cavab olaraq, Melaniya Trampın vəkilləri bildiriblər ki, bu iddialar əsassızdır, artıq təkzib edilən və silinən məqaləyə əsaslanaraq birinci xanımın reputasiyasına xeyli zərbə vurub.
Məlumata görə, Melaniya və Donald 1998-ci ildə model agentliyinin yaradıcısının ev sahibliyi etdiyi ziyafətdə tanış olublar. Onların tanışlığının Cefri Epşteynlə əlaqəsi olduğuna dair heç bir sübut yoxdur.
Bu qalmaqallı hekayə Ağ Evə Epşteyn işi ilə bağlı sənədləri açıqlamaq üçün təzyiq artdıqca ortaya çıxır.