BAKI, 24 iyun. TELEQRAF
“Bunu qəsdən etdiklərinə əmin deyiləm”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs razılaşmasından sonra İsrail ərazisinə raket zərbəsi ilə bağlı deyib.
“İsrail və İran o qədər uzun müddətdir və sərt mübarizə aparırlar ki, nə etdiklərini belə bilmirlər”, - prezident qeyd edib.
Tramp əlavə edib ki, İsrailə arxayın olmaq lazımdır:
“Yaxın Şərqdə işlər düşündüyümüzdən çox sürətlə baş verir, baş verənlərə (atəşkəs) sevinirəm. Bu, yeni dövrün başlanğıcıdır. Düşünmürəm ki, bunu qəsdən ediblər. Sizdən (jurnalistlərdən) uzaqlaşan kimi görəcəyəm ki, gərginliyin qarşısını ala biləcəyəm, ya yox”.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan öncə İran Silahlı Qüvvələrinin atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal ərazilərinə ballistik raketlər atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnallarının işə salındığı və İranın hava məkanı üzərində iki ballistik raketinin vurulduğu bildirilib.
İran Silahlı Qüvvələri İsrailin bəyanatını təkzib edib.
ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.