BAKI, 22 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının liderlərinə bildirib ki, rusiyalı həmkarı Vladimir Putin özünü qalib hesab etdiyi üçün müharibəni bitirməyə hazır deyil.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.

Amerika nəşri yazır ki, Donald Tramp bunu ilk dəfədir birbaşa etiraf edib.

“Bu etiraf Avropa liderlərinin Putin haqqında çoxdan bildikləri məsələ idi, amma onlar bunu ilk dəfədir Trampın özündən eşidirdilər. Bu, həm də Trampın tez-tez açıq şəkildə söylədiyi fikirlərlə ziddiyyət təşkil edir: o, Putinin sülhü səmimiyyətlə istədiyinə inanır”, - məqalədə qeyd olunur.