BAKI, 7 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kanadadan gələn süd məhsulları və taxta üçün rüsumlar tətbiq edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" kanalı məlumat yayıb.

"Biz bunu bu gün edə bilərik", - Amerika lideri deyib.

ABŞ prezidenti vurğulayıb ki, Kanada ABŞ-dən gələn süd məhsulları, eləcə də taxta-şalban üçün 200% rüsum alır. Tramp bu cür yanaşmalara dözməyəcəyini bildirib.