BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ ilə İran arasında Qətərin vasitəçiliyi ilə əlaqələr kəsilməyib və tərəfləri maraqlandıran bütün məsələlər müzakirə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin departament direktoru İbrahim Sultan əl-Haşimi açıqlama verib.
O bildirib ki, səfərlər davam edir və hazırkı mərhələdə gələcəkdə əsaslanmaq mümkün olacaq irəliləyişə nail olmağa yönəlib:
"Məsləhətləşmələr hər iki tərəfi narahat edən bütün məsələləri əhatə edir".