BAKI, 3 sentyabr. TELEQRAF
“İranın ABŞ-nin ölkəmizə qarşı son addımlarına cavabı qeyri-mütənasib və çoxqatlı olacaq”.
Teleqraf xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmmədrza Arif deyib.
“ABŞ-nin İrana qarşı son addımları Tehranın təhlükəsizlik hesablamalarını və müdafiə doktrinasını dəyişib. Bundan sonra İranın cavabı qeyri-mütənasib, çoxqatlı və təcavüzkarı təhlükəsizlikdən məhrum edəcək şəkildə olacaq. Amerikalılar benzin və yanacaq ehtiyatı haqqında da düşünməlidir, Amerika iqtisadiyyatını qaranlıq aylar gözləyir”, - o bildirib.