BAKI, 1 sentyabr. TELEQRAF
Bu gün Bəsrə körfəzindən neft daşıyan iki tanker Hörmüz boğazında hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Hücuma məruz qalan tankerlərin Cənubi Koreyanın “Sinokor” gəmiçilik şirkətinə məxsus “Senegal Prosperity” və Səudiyyə Ərəbistanına məxsus “Sidr” olduğunu bildirilib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) bu gün bir neft tankerinin üç naməlum mərmi ilə vurulduğunu açıqlamışdı, amma gəminin adını açıqlamamışdı. Sözügedən tanker Oman sahillərinə yaxın marşrutla hərəkət edirmiş.