BAKI, 1 sentyabr. TELEQRAF
“Müharibə tərəfdarı olmamaq və yaxşı döyüşmək İran İslam Respublikasının dəyişməz mövqeyidir”.
Teleqraf xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif deyib.
“Milli maraq və ölkəmizin mənafeyi məsələsində heç bir halda güzəşt etməyəcəyik, biz (ABŞ ilə) dialoq tərəfdarıyıq. Bir sıra ölkələrin məhdud resursları Qərbin qanunsuz maraqları naminə xərclənir. Biz isə regionda, müxtəlif ölkələr arasında və müxtəlif dövlətlərin iştirak etdiyi qurumlarda ictimai diplomatiyanı gücləndirməli, insanpərvər məqsədlərə çatmaq üçün mədəniyyətdən çox güclü vasitə kimi istifadə etməliyik”, - o bildirib.