BAKI, 5 avqust. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin silahlı qüvvələrinin komandanı Asim Munir avqustun 6-da Səudiyyə Ərəbistanına səfər edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər regionda diplomatik fəallığın artması və ABŞ ilə İran arasındakı gərginliklə əlaqədar aparılan məsləhətləşmələr fonunda baş tutur.