BAKI, 5 avqust. TELEQRAF
İsrail hərbçiləri Qəzza zolağının cənubunda yerləşən gizli yeraltı tuneli partladıblar.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Fələstindəki silahlı qruplaşmalar bu yeraltı yoldan onlarla raketi gizlətmək və saxlamaq üçün istifadə edirdilər.
Tunel İsrail əsgərlərinin xüsusi əməliyyatı nəticəsində tapılaraq məhv edilib.