BAKI, 5 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbəri Volodimir Zelenski ilə görüşdə Kiyevə yüzlərlə "Patriot" raketinin verilməsini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, keçən həftə Ağ Evdə baş tutan görüşdə Donald Tramp raketlərin çatışmadığını bildirib. ABŞ rəhbəri bunu İrana qarşı aparılan hərbi əməliyyatlarla izah edib.

O vurğulayıb ki, əllərində qalan raketlər Amerikaya Yaxın Şərqdəki öz hərbi obyektlərini və dost ölkələri qorumaq üçün vacibdir.