BAKI, 3 avqust. TELEQRAF

İran və ABŞ arasında əlaqələrin saxlanılmasında əsas vasitəçi kimi Pakistan qalmaqdadır və bu prosesə yeni ölkə qoşulmayıb.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqayi keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Tehran və Vaşinqton arasındakı bütün müzakirələrdə əsas vasitəçi Pakistandır:

"Ehtiyac olduqda Qətər də bu işdə köməklik edir. Həmçinin Çin kimi bəzi ölkələr də zaman-zaman dəstək göstərirlər, lakin yeni vasitəçinin prosesə qoşulduğunu demək olmaz".