BAKI, 3 avqust. TELEQRAF
İsrail rəhbərliyi Qəzza zolağında sülhün əldə olunması planının ikinci mərhələsi üzrə öz tələblərini ABŞ-yə çatdırıb.
Teleqraf xəbər verir ki, Təl-Əviv HƏMAS qruplaşmasından hər hansı təhlükə görəcəyi təqdirdə, bölgedə yenidən hərbi əməliyyat keçirmək azadlığının özündə qalmasını tələb edir.
Bununla yanaşı, İsrail Türkiyə və Qətərin sülh sazişinə nəzarət edən ölkələr siyahısından çıxarılmasını istəyir. Həmçinin İsrail tərəfi HƏMAS-ın təhvil verəcəyi bütün silahların tamamilə məhv edilməsini vacib şərt kimi irəli sürüb.