BAKI, 29 iyul. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun görüşü olduqca məhsuldar keçib və əsas müzakirə mövzusu İranın heç vaxt nüvə silahına sahib olmamasının təmin edilməsi olub”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş nazir Administrasiyasının sözçüsü Tsipi Xotoveli deyib.

“Başa düşməliyik ki, təhlükəli rejimlə üz-üzəyik və ən təhlükəli rejimin ən təhlükəli silaha sahib olmasına imkan verməməliyik”, - Xotoveli bildirib.

Administrasiyası rəsmisi əlavə edib ki, ABŞ və İsrail bu məsələdə qətiyyətlidir.

“İran xalqına mesajımız budur ki, Donald Tramp və İsrail İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verməməkdə qətiyyətlidir. Bu qətiyyəti son əməliyyatlar zamanı da nümayiş etdirmişik”, - o vurğulayıb.