BAKI, 20 iyul. TELEQRAF
ABŞ Dövlət Departamenti Bəhreyndə olan Amerika vətəndaşlarını İranın mümkün hücumları ilə bağlı sayıq olmağa çağırıb.
Teleqraf xəbər verir ki, müvafiq xəbərdarlıq ABŞ-nin Bəhreyndəki səfirliyinin rəsmi saytında yerləşdirilib.
Səfirlik vətəndaşlara kütləvi toplaşma yerlərindən uzaq durmağı tövsiyə edib.