BAKI, 13 iyul. TELEQRAF
Fars körfəzi regionunda vəziyyətin gələcəkdə mümkün gərginləşməsinə görə məsuliyyət ABŞ və onunla əməkdaşlıq edən ölkələrin üzərinə düşür.
Teleqraf xəbər verir ki, bunu İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı İbrahim Zolfaqari bildirib.
"Bölgədəki hər hansı qeyri-sabitlik təzahürlərinə və müharibənin alovlandırılmasına görə birbaşa Vaşinqton və bu dövlətin ordusu ilə işbirliyi quran tərəflər cavabdehlik daşıyır",- o qeyd edib.