BAKI, 10 iyul. TELEQRAF

ABŞ-nin İrana qarşı hücumları cavabsız qalmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd-Baqir Zolqədr bildirib.

Onun sözlərinə görə, İranın infrastrukturuna yönələn hücumlara cavab veriləcək.

"Bu cinayətlərin arxasında dayanan cinayətkar sionist rejim də cavabdan yayına bilməyəcək".