BAKI, 10 iyul. TELEQRAF
İsrail Vaşinqtonun müraciəti olacağı təqdirdə ABŞ-nin İrana qarşı həyata keçirəcəyi hücumlara qoşulmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə "New York Post" qəzeti İsraildəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail hər zaman ABŞ-nin yanında olduğunu sübut edib:
"ABŞ-nin İsrailin bu prosesə qoşulmasında maraqlı olub-olmadığını dəqiq deyə bilmərəm, lakin zərurət yaranarsa, biz yenidən bu addımı atmağa hazırıq."