BAKI, 8 iyul. TELEQRAF

ABŞ hərbçiləri bu gecə İrana yeni ağır zərbələr endirə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə jurnalistlərə bildirib.

D. Trampın sözlərinə görə, İran Hörmüz boğazında olan gəmilərə bir neçə pilotsuz uçuş aparatı və bir raket buraxıb:

"Ötən gecə biz onlara çox güclü zərbələr endirdik. Bu gecə biz yenidən ağır zərbə endirə bilərik. Mən kiçik xəbərdarlıq edəcəyəm. Görək hər şey necə olacaq".