BAKI, 30 iyun. TELEQRAF

Türkiyə İranla bağlı müharibədən sonra yaranmış vəziyyətdən iqtisadi baxımdan faydalanmaq üçün geniş proqram həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Economist” yazıb.

Nəşr bildirib ki, baş verənlər fonunda İstanbul limanları dolub-daşır, turistlər Dubay (BƏƏ) əvəzinə İstanbula üz tutublar. Bununla yanaşı, müəyyən çətinliklər də mövcuddur.

Mənbə qeyd edib ki, son müharibə İrana böyük ziyan vurarkən, həmçinin onun Bəsrə körfəzi ölkələrinə mənfi təsirləri ilə bağlı proqnozlar yayımlandığı halda, Türkiyə üçün bu vəziyyət həm fürsət, həm də çətinliklər yaradıb.

Neft qiymətlərinin kəskin artması nəticəsində Türkiyədə aylıq inflyasiya cari ilin aprel ayında son bir il ərzində ikinci dəfə 4 faizi ötüb. Bununla belə, qonşu ölkələrdə baş verən böhran Ankara üçün yeni iqtisadi imkanlar da yaradıb.