BAKI, 29 iyun. TELEQRAF
İyunun 30-da İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarının növbəti raundu keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda tərəflər arasında razılaşmanın əldə olunması istiqamətində intensiv iş aparılır.
Qeyd edək ki, tərəflər arasında ilk görüş iyunun 26-da keçirilib və iki ölkə arasında çərçivə sazişi imzalanıb.
Sazişdə "Hizbullah"ın tərksilah edilməsi, Livan ordusunun ölkədə yeganə hərbi güc olması və İsrail ordusunun Livan ərazisini tərk etməsi nəzərdə tutulub.